Şəxsi məlumatların mühafizəsinə dair bəyanat

Bu website 2040 Budaörs, Szabadság út 117- Hungary ünvanında qeydiyyatda olan bundan sonra “Chevrolet” adlanacaq Central and Eastern Europe LLC tərəfindən idarə olunur.

1. İntellektual mülkiyyət

Bu sayta daxil olan bütün materiallar “Chevrolet”-in intellektual mülkiyyətidir. Onlayn rejimdə gözdən keçirilməsi zəruri olan hallar istisna olmaqla, bu materialların surətinin çıxarılmasına və ya reproduksiyasına icazə verilmir. Yuxarıda qeyd olunanlara baxmayaraq, siz öz şəxsi istifadəniz üçün bu saytın bütün səhifələrini kağızda çap edə bilərsiniz. Biz bəzən sizə həmin saytdan rəsmləri, ekran qoruyucularını və digər vasitələri yükləmək imkanı verə bilərik.

3. Saytdakı informasiyanın dəqiqliyi

Bu saytdakı informasiya “Chevrolet”-in Azərbaycandakı müştərilərinin istifadəsi üçün nəzərdə tutulur və digər ölkələrdə tətbiq oluna bilməz. Bu saytdakı məlumatların dəqiqliyini və yenilənməsini təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyik, lakin biz həmin saytdakı məlumatlara etibarlılıqla əlaqədar meydana çıxan heç bir iddialara və ya ziyanlara görə heç bir cavabdehlik daşımırıq. Biz istənilən vaxt məhsulun spesifikasiyasında dəyişiklik etmək hüququna malikik. Məhsul spesifikasiyalarına real məlumat əldə etmək üçün “Chevrolet”-in diler agentliyi ilə məsləhətləşmənizi xahiş edirik.

4. Sizin təmin etdiyiniz informasiyadan necə istifadə edirik

“Chevrolet” sizin şəxsi məlumatlarınızın məxfiliyinin qorunması qayğısına qalır. “Chevrolet”, siz özünüz könüllü şəkildə təmin etməyə razılıq verməyincə, sizin barənizdə hər hansı şəxsi informasiyanı (məsələn sizin adınız, ünvanınız, telefon nömrəniz və ya elektron-poçt ünvanınız, “Şəxsi Məlumatlar”) toplamayacaq. Əgər siz Şəxsi Məlumatlarınızın toplanmasını istəmirsinizsə, onları təqdim etməyə bilərsiniz.

“Chevrolet” sizin Şəxsi Məlumatlarınızı sizin əvvəlcədən razılığınız olmadan, müstəqil istifadə etmələri üçün üçüncü tərəflərlə paylaşmayacaq. “Chevrolet” sizin informasiyadan sizə yeni məhsullardan, xidmətlərdən, xüsusi təkliflərdən xəbərdar etmək və sizə göstərdiyimiz xidmət səviyyəsini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə istifadə etmək istərdi. Sizin Şəxsi Məlumatlarınız yalnız bu məqsədlərlə “Chevrolet”-in törəmə şirkətlərinə, pərakəndə ticarət müəssisələrinə və “Chevrolet”-in Sizin Şəxsi Məlumatlarınızın istifadə olunmasına, o cümlədən qorunub saxlanmasına cəlb olunmuş xidmət təminatçılarına açıqlana bilər. Əgər siz bunun baş verməsini istəmirsinizsə, bizimlə aşağıda qeyd olunmuş vasitə ilə əlaqə saxlamanızı xahiş edirik. Onların bəzisi Azərbaycan Respublikası xaricində yerləşə bilər, lakin onlar sizin Şəxsi Məlumatlarınızın məxfiliyinin qorunmasına dair müqavilə üzrə öhdəlik daşıyacaqlar. Əgər siz hər hansı əlavə informasiyanı əldə etmək istəmirsinizsə, zəhmət olmasa, Şəxsi Məlumatlarınızı təqdim etməzdən əvvəl, saytda verilmiş formaların alt hissəsindəki müvafiq xananı işarələyin.

5. Elektron əlaqə vasitələri

Sizin tələblərinizi və maraqlarınızı təmin edən informasiyanı sizə göndərə bilməyimiz üçün bizim elektron-poçt məlumatlarımıza “click-through URL” əlavə edilir. Click-through URL bizə, siz sanki elektron poçt məlumatı açırmışsınız kimi və sizin üzərinə vurub elektron-poçt məlumatındakı bağlantılardan istifadə edirmişsiniz kimi, informasiyanı izləmək və toplamaq imkanı verir. Toplanmış məlumatdan sizin maraqlarınızı öyrənmək və müştərilərimizə zəruri olmayan mesajların göndərilməsinin qarşısını almaq məqsədi ilə istifadə olunur.

Əgər siz hər hansı əlavə məlumat əldə etmək niyyətində deyilsinizsə və ya bizim poçt siyahımızdan çıxarılmanızı istəyirsinizsə, zəhmət olmasa, bizim barəmizdə əldə edəcəyiniz hər elektron informasiya bülletenində təmin edilən abunənin ləğvi bağlantısından istifadə edin.

Biz mövcud fayllarımızdan bu informasiyanı ləğv etmək üçün zəruri tədbirləri görəcəyik.

6. Məhsulun satışının stimullaşdırılması üzrə tədbirlər

Əgər siz hər hansı rəqabətə, lotereyaya və ya malların satışı ilə bağlı hər hansı başqa stimullaşdırılma tədbirinə qoşulursunuzsa, bu halda biz həmin proqramların dəstəklənməsi məqsədi ilə təmin etdiyiniz Şəxsi Məlumatlardan istifadə edə bilərik.

7. Kənar saytlarla bağlantılar

Bizim saytımıza Chevrolet-in digər saytlarına və ya bizim dilerlərin, təmir üzrə səlahiyyətli mütəxəssislərimizin, digər törəmə şirkətlərimizin saytlarına və ya kütləvi-informasiya vasitələrinin saytlarına bağlantılar da daxil ola bilər. Siz belə saytlardan hər hansı birindəki bağlantının üzərinə vurduğunuz zaman, xahiş edirik, nəzərə alın ki, belə saytların məlumatların məxfiliyinin qorunması üzrə öz siyasətləri vardır və biz bu saytlara görə heç bir cavabdehlik və ya öhdəlik daşıya bilmərik. Bu saytlara hər hansı şəxsi məlumat təmin etməzdən öncə onların məxfiliyə dair siyasətlərini gözdən keçirmənizi xahiş edirik.

8. İnformasiyanın toplanması və istifadəsi

Sizin kompyuterinizdəki qeydiyyat fayllarında avtomatik şəkildə topladığımız və saxladığımız informasiyaya sizin İnternet Protokolu (İP) ünvanınız, brauzer (baxış) növü və dillərin dəstəklənməsi vasitəsi, əməliyyat sistemi, internet xidməti təminatçısı (İXT) və tarix/vaxt göstərilən qeyd daxildir.

Biz bu informasiyadan sizin saytları səmərəli şəkildə idarə etmək, saytlarımızdan istifadə edən ziyarətçilərimizin davranış tərzi barədə daha çox öyrənmək, tendensiyaları analiz etmək və bütövlükdə istifadəçilərimiz barədə demoqrafik məlumatları toplamaq məqsədi ilə istifadə edirik. Toplanmış informasiyadan bizim marketinq və reklam xidmətlərində və əlaqələrində istifadə oluna bilər.

Biz Şəxsi Məlumatlarla birlikdə qeyri-şəxsi informasiyadan istifadə edəriksə, bu informasiya birlikdə toplanmış vəziyyətdə saxlanana qədər Şəxsi Məlumat hesab olunur.

9. Cookie-fayllardan (müştəri sistemində saxlanan identifikasiya faylları) istifadə

“Chevrolet”-in saytında, elektron-poçt məlumatlarının göndərilməsində, onlayn xidmətlərində, reklamlarda və interaktiv sistemlərdə “cookie” və “web beacons” və “pixel tags” kimi digər texnologiyalardan istifadə oluna bilər.

“Cookie” bizim veb-server vasitəsilə sizin kompyuterinizin sərt diskindəki brauzerin cookie-faylına göndərdiyimiz informasiyanın mətn versiyası elementidir. Bu, sayta veb-serveri və veb-brauzeri arasında əlaqə qurulduğu zaman sizin kimliyinizi yaddaşda saxlamaq imkanı verir. Cookie-nin əsas məqsədi istifadəçiləri müəyyən etməkdən və bizim veb-serverə sizə “Chevrolet”-in saytını gözdən keçirməklə və sizin fərdi ehtiyaclarınıza daha yaxşı cavab verməklə şəxsi təcrübənizi mükəmməlləşdirməkdən ibarətdir.

“Chevrolet” və bizim həmkarlarımız da siz bizim saytımızdan, tətbiqi sistemlərdən və onlayn xidmətlərindən istifadə edərkən şəxsi informasiyanı yaddaşda saxlamaq üçün cookie-fayllarından və digər texnologiyalardan faydalanır. Məsələn, sizin veb formasında əvvəlcədən təmin etdiyiniz informasiyanın yaddaşda saxlanması üçün.

Bu saytda cookie-fayllarının iki növündən istifadə olunur:

  • “Session cookies” (Müvəqqəti cookie-faylalrı): bunlar, siz bizim saytımızı tərk etməyənə kimi sizin brauzerin cookie faylında qalan müvəqqəti cookie-faylalrıdır. Belə cookie faylı siz müəyyən zaman ərzində saytdan istifadə etmədiyiniz halda da başa çatır.
  • “Persistent cookies” (Daimi cookie-faylalrı): belə cookie-faylları növləri sizin brauzerin cookie faylında daha uzun müddətə qalır. Bu müddət sizin internet brauzerinizin müəyyən edilməsində etdiyiniz seçimdən asılı olacaq. Daimi cookir faylları hər hansı bir şəxsi sayta daxil olduğu zaman informasiyanın veb-serverə ötürülməsinə imkan verir. Daimi cookie-faylları izləyici cookie faylları kimi də məlumdur.

10. Üçüncü şəxsə aid cookie faylları

“Chevrolet” vaxtaşırı reklam xidmətləri göstərmək və bizim marketinq əlaqəsini təqib etmək məqsədi ilə üçüncü tərəfə aid reklamçılardan istifadə edə bilər. Üçüncü tərəfə aid reklamçılar cookie fayllarından reklamların effektivliyini müəyyən etmək və reklam məzmununu/məlumatını individuallaşdırmaq məqsədi ilə istifadə edir. Üçüncü şəxsə aid reklamçılar tərəfindən toplanmış informasiyaya geopozisiyalama məlumatı və ya əlaqə detalları, məsələn elektron-poçt ünvanı daxil ola bilər. Belə üçüncü tərəfə aid reklamçıların məxfiliyə dair siyasətləri sizi cookie-fayllarından onların öz istifadəsi barədə əlavə informasiya verir. Belə üçüncü tərəflərin məxfiliyə dair təcrübəsi barədə daha çox məlumat əldə etmək istəsəniz, Network Advertising Initiative  (“Şəbəkə Reklamı Təşəbbüsü”)saytına daxil ola bilərsiniz ki, burada “opt-out“ (istehlakçının elektron-poçtu vasitəsilə reklam məlumatlarını əldə etməkdən imtina etməsi) barədə informasiya da daxildir.

11. “Web beacons” və “pixels”

Bizim saytlara və elektron-poçt əlaqələrinə “web beacon” və ya “pixel tag” kimi məlum olan elektron təsvir daxil ola bilər. “Web beacon” və “pixel tag” bizim saytımıza daxil olanlara fəaliyyətinə nəzarət etmək məqsədi ilə, əsasən üçüncü tərəfə aid texnologiyalarda (məsələn, Google Analytics) istifadə olunur.

12. Cookie faylalrında istifadə funksiyasının aktivləşdirilməsi və ya onun dayandırılması

Siz öz internet brauzerinizdəki vasitələri dəyişdirməklə cookie fayllarını qəbul etmək və ya onlardan imtina etmək imkanına maliksiniz. Brauzer vasitələrinin dəyişdirilməsi barədə daha çox məlumat əldə etmək üçün öz brauzerinizin təlimatlarına istinad etmənizi və ya All About Cookies saytına daxil olmanızı xahiş edirik. Xahiş edirik nəzərə alasınız ki, cookie fayllarından imtina olunduğu təqdirdə Chevrolet saytının bəzi xüsusiyyətlərindən istifadə mümkünsüz olacaq.

13. Şəxsi suallarla bizimlə əlaqə saxlanması

Məxfiliyə dair siyasətimizlə bağlı hər hansı problemləriniz və ya suallarınız yaranarsa və ya sizin Şəxsi Məlumatlarınızdan necə istifadə etdiyimiz barədə suallarınız olarsa, aşağıdakı elektron-poçt ünvanımız və ya telefon nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Siz Şəxsi Məlumatlarınıza daxil olmaq və ya onlara düzəliş etmək, onları istədiyiniz zaman bloka sala və ya ləğv edə bilərsiniz. Sizin tələbinizi təmin etmək üçün bütün zəruri tədbirləri görəcəyik.

Elekron poçt ünvanı: ChevroletNewMarkets@gm.com
Telefon nömrəsi : + 36 23 447 000
Poçt ünvanı : Chevrolet Central and Eastern Europe LLC., 2040 Budaörs, Szabadság út 117. – Hungary
Şirkətin qeydiyyat nömrəsi: 13-09-092586
ƏDV nömrəsi : 12924583-2-44

Tarix: 16.11.2011.