Əvvəlki
  • qara metallik
  • qara metallik
Növbəti

MÜKƏMMƏL YIĞCAM 5 QAPILI ŞƏHƏR AVTOMOBİLİ


Spark hərtərəfli görünüşü ilə valehedici şəhər avtomobilidir. Yığcam xarici görünüşə malik bu avtomobil 5 yetişkin sərnişinə rahat səyahət imkanı verən kifayət qədər geniş salona sahibdir. Yüksək keyfiyyətli konstruksiya və interyer. Ağıllı dizayn elementləri. Qənaətcil və təhlükəsiz. Bir sözlə şəhər üçün nəzərdə tutulmuş ən yığcam avtomobil

FÜSÜNKAR DİZAYN

Əvvəlki
Növbəti

Heç şübhəsiz ki, Spark avtomobili füsünkar və özünəməxsus görünüşə malikdir. Beləliklə, avtomobilin xarici dizaynını əks etdirən daha çox məlumat və şəkillərdən ibarət səhifə yaratdıq.

Spark Audio

Siz Spark avtomobilinizə mindikdə şübhəsiz sevimli musiqinizi dinləmək istəyirsiniz. Bu, Siz istəyən avtomobildir.

Spark avtomobilinin standart komplektasiyasına təhlükəsiz avtomatik nömrə yığma üçün Bluetooth© bağlantılı radio/CD, iPod və ya MP3 pleyer üçün isə AUX və USB portları daxildir. Bu necə də möhtəşəmdir elə deyilmi?

5 OTURACAQ VƏ DƏBLİ XÜSUSİYYƏTLƏR

Spark avtomobilinin interyeri çox dəbli görünüşə, uğurla düşünülmüş və inanılmaz geniş 5 yaşlı sərnişin oturacaqlarına malikdir. Mərkəzi konsolda yeni Bluetooth funksiyalı xüsusi dizayn edilimiş radio və hətta əməli yük yeri vardır. Sürücünün rahatlığı üçün mükəmməl düşünülmüş işə salma düymələri və alətlər barmağınızın tam altında – sükan çarxının üzərində sizə çox yaxın məsafədə yerləşdirilərək,yeni alətlər yığımı ilə tam sizin istədiyiniz kimi xüsusi dəbli dizaynla yaradılmışdır.

ÇEŞİDLİ YÜK YERİ MƏKANI

Spark avtomobili mobil telefonlar, iPodlar və MP3 playerlər, çantalar və s. əşyaları qoymaq üçün kifayət qədər məkana sahibdir.

Əvvəlki
Növbəti
  • Mərkəzi konsolda kartlar, avtomobil dayanacaq biletləri, qəpiklər və s. kiçik əşyalar bölməsi
  • Qiymətli əşyalar üçün gizli yeşik
  • İki ədəd fincan tutucu

Spark avtomobilinin yük yeri 170 L tutumludur. Amma Siz arxa oturacaqları qatlayacağınız təqdirdə bu göstərici daha da artaraq 873L qədər catacaq.

TƏHLÜKƏSİZLİK – BİZİM ÜSTÜNLÜK VERDİYİMİZ ƏSAS MƏSƏLƏDİR

Spark avtomobili əyləncəli ola bilər amma təhlükəsizlik bizim bir nömrəli prioritetimizdir. Avtomoblin bəzi standart təhlükəsizlik vasitələrinin təfsilatlarını diqqətinizə çatdırırıq:

Əvvəlki
Növbəti
  • 6-zonalı hava yastıqları
    Hər bir istiqamətdən müdafiə: öndə cüt, yan pərdə və boğaz və qarın nahiyəsini qoruyan hava yastıqları
  • Təhlükəsizlik kəməri və uşaqların təhlükəsizliyi
    Bütün təhlükəsizlik kəmərləri tam tarımlama ilə təchiz olunmuşdur. Arxada 3 nöqtədə kəmərlər və ISOFIX uşaq oturacağı bağlantısı mövcuddur. Spark avtomobili rəsmi NCAP sınaqlarında 3 yaşlı uşaqların təhlükəsizliyi potensialı üzrə maksimum balı ilə qiymətləndirilib.
  • Təkərlərdə təzyiqi monitorinq sistemi
    Standart Spark modellərdə əgər təkərlərdə təzyiq aşağıdırsa, siz xəbərdar olunursunuz. Təhlükəsizlik və yanacağa qənaət.
  • ESC
    Elektron sabitləşdirici sistem qəzaların qarşısını almaq üçün dizayn olunmuş mühüm təhlükəsizlik xüsusiyyətidir.

İSTİSMAR XÜSUSİYYƏTLƏRİNİ SEVƏCƏKSİNİZ

Spark avtomobili görünüşü ilə sürücüyə əyləncə bəxş etməklə yanaşı şəhərdə kifayət qədər cevik və açıq yolda isə kifayət qədər rahat və dayanıqlıdır. O, həmçinin aşağı sığorta və yanacaq xərcləri ilə istismar məsrəflərinə qənaət edir. 1.0L və ya 1.2L benzin mühərrikini seçdikdə hər iki halda 5-pilləli mexaniki transmissiya mövcuddur

Mühərrik və transmissiya haqda daha ətraflı texniki xüsusiyyətlər səhifəsində öyrənin.

Bi-fuel Spark