Əvvəlki
Növbəti

Chevrolet NIVA - əfsanəvi avtomobil

Yenilənmiş Chevrolet NIVA avtomobilinin xarici görünüşü və interyerinin dizaynı BERTONE (İtaliya) dizayn atelyesi tərəfindən hazırlanıb. Bununla belə yolsuzluq avtomobilinin həndəsi yerimə qabiliyyətinin bütün parametrləri - oxarası diferensialın bloklanması imkanı olmaqla daimi tam ötürücülük, yüksək klirens qorunub saxlanılıb. Əsas dəyişikliklər xarici görünüş və interyerin ergonomika nöqteyi-nəzərindən yenilənməsi, reylinqlərin tətbiqi, salonun havalandırılmasının yaxşılaşdırılması, səs səviyyəsinin azaldılması və fənərlərin işıq texniki xüsusiyyətlərinin yaxşılaşdırılması olmuşdur.