Əvvəlki
  • qara metallik
  • qara metallik
Növbəti

NƏZƏRLƏRİ ÇƏKƏN İDMAN ÜSLUBLU HEÇBEK

Bütün Cruze modelləri kimi heçbek də həmçinin füsünkar dizayna malikdir. Çox yüksək keyfiyyətli dizayn və işləməyə malik olması, zəngin standart təchizatı və dinamik mühərriki ilə Cruze avtomobili dizayn və universallığın mükəmməl birləşməsidir.

Yeni mühərrik, qabaqcıl məlumat-əyləncə texnologiyası və təkmilləşdirilmiş təhlükəsizlik sisteminə malik Cruze avtomobili 2 milyondan artıq satışla dünya miqyasında uğura nail olmuşdur. Avtomobilin nə üçün bu qədər məhşur olduğunu Siz də müəyyənləşdirin.

DİQQƏTÇƏKİCİ GÖRÜNÜŞ

Əvvəlki
Növbəti

Cruze avtomobili maili və dik gövdəsi, kupeyə bənzər dam xətti ilə cazibəli və əzələli duruş təqdim edir.

İndiki zamanda bir çox avtomobillər bir-birilərinə çox bənzəyirlər və biz bilirik ki, Siz fərqli üslubu qiymətləndirirsiniz. Özünəməxsus xüsusiyyətə malik Chevrolet Cruze "ikiqat radiator barmaqlığı" və "qabarıq fənərlərə" malik Chevrolet Cruze avtomobili fərqli olmaqla yanaşı, həmçinin üslublu və çox zərifdir. Hər zaman yeri olan bir avtomobildir.

ASAN SÜRMƏ VƏ İDARƏETMƏ

Eynilə sedan universal banlı həmsinifləri kimi Cruze heçbek də mükəmməl gediş və idarəetmə xüsusiyyətlərini təmin edəcək kuzovun daxili sistemindən - yaxud BFİ - bəhrələnir. Bu, Sizə aşağıda göstərilən xüsusiyyətləri bəxş edir:

● Güclü sabitlik hissi
● Təsirli sürətlənmə

MÜKƏMMƏL İNTERYER TƏCHİZATI

Əvvəlki
Növbəti

Avtomobil Sizin qiymətləndirə biləcəyiniz bir çox standart xüsusiyyətlərə malikdir:

 

●  Start/Stop mühərrikləri üçün eko-məlumatlı sürücü komputeri
●  Radio/CD player ( zəhmət olmasa yerli təkliflərinizlə tanış olun)
●  iPod or MP3 player üçün giriş
●  Ön avtomatik şüşəqaldırıcıları
●  4-istiqamətdə tənzimlənən sürücü oturacağı

MÜKƏMMƏL İSTİSMAR XÜSUSİYYƏTİ İLƏ AZ YANACAQ SƏRFİ

Cruze sedanını işə salmaq üçün Sizin 1.4 litrdən 2.0 litrədək dəyişən benzin və dizel yanacağı ilə işləyən 6 yüksək-istismar xüsusiyyətilərinə malik mühərrikdən birini seçmək imkanınız olacaq.

Mühərriklərin çoxu yanacaq sərfini və xaricetmələri daha da azaltmaq üçün start/stop texnologiyası texnologiyası ilə təchiz edilmişdir. Almaniyanın Nuerburgring yarış trekində nizamlanmış qabaqcıl asqı sistemi avtomobilin inamlı, həssas idarəetmə imkanlarına malik olduğunu müəyyən etməyə yardım edir.

YÜKSƏK KEYFİYYƏT, RAHAT İNTERYER

Əvvəlki
Növbəti

Siz Cruze avtomobilinin interyerinə nəzər salarkən dərhal onun  nüfuzlu  avtomobil olduğunu hiss edəcəksiniz. Açıq mavi tonlu işıqlar, o cümlədən aşağıda sadalananlar da bu hissi daha da artırır:

● oturacağın tikilişindən panelin görünüşünə qədər hər yerdə müşahidə olunan yüksək keyfiyyətli materiallar

● Yarış avtomobillərindən götürülmüş dizayn

Cruze heçbek çox genişdir. Onun içində  tavanının hündürlüyündən, ayaqlar üçün yerdən və çiyin səviyyəsində genişlikdən həzz alan 5 nəfər və onların çantaları üçün kifayət qədər yer var. Yük bölümünün həcmi 524 litrdir.

GENİŞ YÜK BÖLÜMÜ

Əvvəlki
Növbəti

Səyahətiniz zamanı bir çox əşyalarınızı yerləşdirə biləcəyiniz yerlər də var, o cümlədən:

● Xırda əşyalar və qəpiklər üçün və eyni zamanda aux-in və USB portlarının da daxil olduğu taxça
daxili bölməyə malik arxa qoltuqaltı

● Arxa və ön qapılarda həmçinin ön oturacaqların arxasındakı şüşə və xəritə üçün bölmələr.

CRUZE TƏHLÜKƏSİZ AVTOMOBİLDİR

Qəza zamanı 6 standart təhlükəsizlik yastıqları, dartıcı ilə təhlükəsizlik kəmərləri və enerji hopduran qabaq və arxa deformasiya zonaları, zərbəni qəbul edən dəmir borulu qəfəs Sizin təhlükəsizliyinizi qorumaq üçün quraşdırılıb.

Təbii ki, biz qəzaların baş verməsini heç də istəmirik; bunun üçün Cruze avtomobilində dərin təsir bağışlayan təhlükəsizlik opsiyaları mövcuddur, buna aşağıdakılar daxildir:

● Əyləc verməyə nəzarət üçün - bloklama əleyhinə əyləc sistemi (ABS) və elektron əyləcləmə güclərininin bölüşdürülməsi sistemi (EBD)

● Dartma və stabilliyi saxlamaq üçün yerində fırlanma əleyhinə sistem (TCS) və sabitləşdirici sistem (ESC)

● Yolda zolağı dəyişən zaman görünməyən zonanın təhlükə xəbərdarlığı

● Şin təzyiqinə nəzarət sistemi