Əvvəlki
  • qara metallik
  • qara metallik
Növbəti

QAYDALARI YENİDƏN YAZAN SEDAN

Təsəvvür edin ki, bütün bunlar avtomobildə vardır: Gözəl üslüblu xarici və daxili görünüşə malik dizayn, misilsiz sürmə xüsusiyyətləri, qənaətli mühərriklər, NCAP təhlükəsizlik reytinqində «5 ulduz» və son dərəcə yüksək istehsal keyfiyyəti .
Yeni mühərrik, qabaqcıl məlumat-əyləncə texnologiyası və təkmilləşdirilmiş təhlükəsizlik sisteminə malik Cruze avtomobili 2 milyondan artıq satışla dünya miqyasında uğura nail olmuşdur. Avtomobilin nə üçün bu qədər məhşur olduğunu Siz də müəyyənləşdirin.

CRUZE SEDANININ HAMAR GÖRÜNÜŞÜ

Əvvəlki
Növbəti

Cruze avtomobilinin hamar, üslublu və zərif görünüşü çox əyilmiş ön şüşədən kuzovun incə arxa dayaqlarına qədər davam edir.

İndiki zamanda bir çox avtomobillər bir-birilərinə çox bənzəyirlər, və biz bilirik ki, Siz fərqli üslubu qiymətləndirirsiniz. Özünəməxsus xüsusiyyətə malik Chevrolet Cruze "ikiqat radiator barmaqlığı" və "qabarıq fənərlərə" malik Chevrolet Cruze avtomobili fərqli olmaqla yanaşı, həmçinin üslublu və çox zərifdir. Hər zaman yeri olan bir avtomobildir.

ASAN SÜRMƏ VƏ İDARƏETMƏ

Eynilə heçbek və və universal banlı  həmsinifləri kimi Cruze Sedan da mükəmməl gediş və idarəetmə xüsusiyyətlərini təmin edəcək kuzovun daxili sistemindən - yaxud BFİ - bəhrələnir. Bu, Sizə aşağıda göstərilən xüsusiyyətləri bəxş edir:

● Güclü sabitlik hissi

● Yolda sabitlik hissi

● Həqiqətən təsirli sürətlənmə

Nə üçün bu avtomobili sınaqdan keçirməyəsiniz?  Cruze avtomobili ilə test-drayvı bron edin.

MÜKƏMMƏL İNTERYER TƏCHİZATI

Əvvəlki
Növbəti

Avtomobil Sizin həqiqətən qiymətləndirə biləcəyiniz bir çox standart xüsusiyyətlərə malikdir:

● Start/Stop mühərrikləri üçün eko-məlumatlı  sürücü komputeri
● Radio/CD player
● iPod or MP3 player üçün giriş
● Ön avtomatik şüşəqaldırıcıları
● 4-istiqamətdə tənzimlənən sürücü oturacağı

Bu hələ hamısı deyil. Chevrolet MyLink – öz 7 düymlük rəngli ekranı ilə arxa parklama kamerasının da daxil olduğu innovativ məlumat-əyləncə sistemidir.


Bunları burada verilmiş ağıllı texnologiyalar səhifəsindən əldə edin.

MÜKƏMMƏL İSTİSMAR XÜSUSİYYƏTİ İLƏ AZ YANACAQ SƏRFİ

Cruze sedanını işə salmaq üçün yeni 1.4 litr 100 at gücünə malik benzin mühərrik də daxil olmaqla, sizin 1.4 litrdən 2.0 litrədək dəyişən benzin və dizel yanacağı ilə işləyən 7 yüksək-istismar xüsusiyyətlərinə malik mühərrikdən birini seçmək imkanınız olacaq.

Mühərriklərin çoxu yanacaq sərfini və xaricetmələri daha da azaltmaq üçün start/stop texnologiyası  ilə təchiz edilmişdir.  Almaniyanın Nuerburgring yarış trekində nizamlanmış qabaqcıl asqı sistemi avtomobilin inamlı, həssas idarəetmə imkanlarına malik olduğunu müəyyən etməyə yardım edir.

YÜKSƏK KEYFİYYƏT, RAHAT İNTERYER

Əvvəlki
Növbəti

Siz Cruze avtomobilinin interyerinə nəzər salarkən dərhal onun nüfülu avtomobil olduğunu hiss edəcəksiniz. Açıq mavi tonlu işıqlar, o cümlədən aşağıda sadalananlar da bu hissi daha da artırır:

● oturacağın tikilişindən panelin görünüşünə qədər hər yerdə müşahidə olunan yüksək keyfiyyətli materiallar və məharətlilik
● yarış avtomobillərindən götürülmüş kabinə dizaynı

Cruze heçbek çox genişdir. Onun içində sinfin liderinin tavanının hündürlüyündən, ayaqlar üçün yerdən və çiyin səviyyəsində genişlikdən həzz alan 5 nəfər və onların çantaları üçün kifayət qədər yer var. Yük bölümünün həcmi 470 litrdir.

GENİŞ YÜK BÖLÜMÜ

Əvvəlki
Növbəti

Səyahətiniz zamanı bir çox əşyalarınızı yerləşdirə biləcəyiniz yerlər də vardır, o cümlədən:
● Xırda əşyalar və qəpiklər üçün və eyni zamanda aux-in və USB portlarının da daxil olduğu taxça
daxili bölməyə malik arxa qoltuqaltı
● Arxa və ön qapılarda həmçinin ön oturacaqların arxasındakı şüşə və xəritə üçün bölmələr.

CRUZE TƏHLÜKƏSİZ AVTOMOBİLDİR

Əvvəlki
Növbəti

Qəza zamanı 6 standart təhlükəsizlik yastıqları, dartıcı ilə təhlükəsizlik kəmərləri və enerji hopduran qabaq və arxa deformasiya zonaları, zərbəni qəbul edən dəmir borulu qəfəs Sizin təhlükəsizliyinizi qorumaq üçün quraşdırılıb.

Təbii ki, biz qəzaların baş verməsini heç də istəmirik; bunun üçün Cruze avtomobilində dərin təsir bağışlayan təhlükəsizlik opsiyaları mövcuddur, buna aşağıdakılar daxildir:

● Əyləc verməyə nəzarət üçün - bloklama əleyhinə əyləc sistemi (ABS) və elektron əyləcləmə güclərininin bölüşdürülməsi sistemi (EBD)
● Dartma və stabilliyi saxlamaq üçün yerində fırlanma əleyhinə sistem (TCS) və sabitləşdirici sistem (ESC)
● Yolda zolağı dəyişən zaman görünməyən zonanın təhlükə xəbərdarlığı
● Şin təzyiqinə nəzarət sistemi

Bütün qeyd olunan göstəricilər və bundan daha artığı Cruze avtomobilinə NCAP təhlükəsizlik reytinqində «5 ulduz»qazandırmışdır.
Səhifədə istifadə olunmuş terminlərin tam izahi üçün texniki terminlər lüğəti texniki terminlər lüğəti.