Əvvəlki
  • Bej metallik
  • Bej metallik
Növbəti

HƏR ŞEYƏ HAZIR OLAN SUV

Captiva hər şeyə hazır olan ailə SUV avtomobilidir. Ön və arxa hissədə xüsusi nəzərə çarpan maili xətlər, seçilən zəriflik və lap lazımi miqdarda güc və məqsəd. Bu sadəcə onun xarici görünüşüdür. Lakin, o, həmçinin çox praktik və universaldır: 7 nəfərlik oturacaq canlanmağa hazırdır. Captiva avtomobilini burada kəşf edin.

GÖZ OXŞAYAN TƏƏSSÜRAT

Kapotun altında yerləşən güc Captiva avtomobilinin xarici dizaynının məqsədli təbiətini əks etdirir. Hər bir düşünülmüş dizayn incəliyi - məsələn, arxa LED fənərlər avtomobilə diqqət tələb edən füsünkarlıq bəxş etdirir. Captiva füsünkar görünüşü kimi idarə edilərkən də zövq verən avtomobildir

SON DƏRƏCƏ HEYRƏTLƏNDİRİCİ İNTERYER

Əvvəlki
Növbəti

Captiva avtomobilinin üç sıradan ibarət modullu oturacaqları həm 7 nəfərə qədər sərnişin götürə, həm də böyük ölçülü yükləri daşımağa imkan verir. Sürücü və ön sərnişinin oturduğu yerdə quraşdırılmış iki zonalı kondisioner  hamının sərinliyini təmin edəcək.

Lakin soyutma ilə bitmir. Captiva avtomobilinin LTZ təchizatında həmçinin  ön və arxa sıra oturacaqlarında  qızdırıcı funksiyası mövcuddur.

İDARƏETMƏDƏN ZÖVQ ALIN

Bu formaya salınmış kapotun altında 4 güclü mühərrikdən birini tapacaqsınız ki, onların hər biri 6 pilləli mexaniki və ya avtomat transmissiya təklif edərək, Sizə yüksək əhval- ruhiyyədə idarəetmə zövqü verəcək.

Əvvəlki
Növbəti

Benzin mühərrikləri

Captiva avtomobilinin mühərrikləri bir sıra texnoloji yeniliklərə malikdir. Onların arasında qaz paylayıcı fazaların fasiləsiz dəyışməsi sistemi (VVT), 2.4L həcmli benzin mühərriklərinin 2 yuxarı paylaşdırıcı valı, müvafiq olaraq 167 a.g. nail olmağa və cəmi 10.3 saniyəyə 0-100 km/s-ə sürətlənməyə kömək edir (AWD ötürücülü 2.4L benzin mühərriklərinə şamil edilir).

Dizel mühərrikləri

Bizim dizel mühərrikləri də sizi məyus etməyəcək. 2.2L mühərrik iki güclə buraxılır: 163 və ya 184 a.g. və mexaniki transmissiyalı variantda Start/Stop texnologiyası mövcuddur. Beləliklə güc və səmərəliliyin mükəmməl balansı yaranır.

Transmissiya və idarəetmə seçimləri

Siz 6 pilləli mexaniki və ya avtomatik transmissiyanı, ön və ya aktiv dörd aparıcı təkər konfiqurasiyasını seçmənizdən asılı olmayaraq, Captiva şassisinin yüksəlmiş dinamikanı, daha yaxşı dönmə əməliyyatını və heyrətamiz hərəkət xüsusiyyətini yaxşılaşdırdığını biləcəksiniz və beləliklə, hər bir səyahətdən zövq alacaqsınız

AÇARSIZ GİRİŞ VƏ MÜHƏRRİKİ İŞƏ SALMA

Əvvəlki
Növbəti

Cibinizdə və çantanızda avtomobilinizin açarını axtarmağı unudun. Captiva PEPS sistemi - Passiv Giriş, Passiv İşə salma funksiyası ilə buraxılır. Bu o deməkdir ki, nə qədər ki, açar saxlanan brelok üstünüzdədir, avtomobilinizin qapı dəstəyinə toxunduqda, o, avtomatik açılacaq. Avtomobilin içərisində isə sadəcə olaraq işəsalma düyməsini döndərmək lazımdır. Səyahətinizin sonunda onu dayandırmaq üçün sadəcə olaraq eyni düyməni geri döndərin. Avtomobildən uzaqlaşdıqda, Captiva avtomatik olaraq kilidlənəcək

YÜKSƏK TƏHLÜKƏSİZLİK SƏVİYYƏSİNİN GÖSTƏRİCİSİ

Sizin və sərnişinlərinizin təhlükəsizliyi bizim üçün çox mühümdür. Captiva avtomobili standart avadanlığı sayəsində NCAP 5 Ulduz təhlükəsizlik səviyyəsinə malikdir:

● sizi və sərnişinlərinizi qəza halında qoruyacaq 6 təhlükəsizlik yastığı

● Təkərin Yerində Fırlanması Əleyhinə Sistem (TCS), Səmtdə Qalma Qistemi (ESC) və Fövqəladə Hallarda Dayandırma Sistemi (BAS)

● Eniş Zamanı Avtomobilə Nəzarət (HDC)

Captiva avtomobilində həmçinin maili yoxuşlarda işə salma zamanı avtomobilin arxaya sürüşməsinin qarşısını alacaq Yoxuşda işə salmaya yardım funksiyası vardır.