0-9


"2 yuxarı paylaşdırıcı val" kimi də tanınan DOHC mühərrikləri silindrlərin üstündə iki paylaşdırıcı val ilə təchiz olunub. Vallardan biri yanacaq girişi klapanlarını, digəri isə qaz çıxışı klapanını tənzimləyir. DOHC mühərriki müasir və effektiv hesab olunur və əksər Chevrolet modelləri bu mühərriklərlə təchiz olunmuşdur.

Bu, üçüncü sıra oturacaqlardakı (Orlando və Captiva kimi 7-yerli avtomobillərdə) sərnişinlər üçün sərnişinin başının üstündən tavanın içərisinə qədər olan məsafədir (millimetr ilə).

3-nöqtəli təhlükəsizlik kəmərləri çiyindən və qarın nahiyəsindən keçir.

4-pilləli Avtomatik Transmissiya. Ötürücüləri əl ilə keçirməyə ehtiyac yoxdur. Bu avtomobildə mufta yoxdur. Sadəcə avtomobili D (Drive) pilləsində sürün.

5-pilləli Avtomatik Transmissiya. Ötürücüləri əl ilə keçirməyə ehtiyac yoxdur. Bu avtomobildə mufta yoxdur. Sadəcə avtomobili D (Drive) pilləsində sürün.

5-pilləli Mexaniki Transmissiya. Avropada satılan əksər avtomobillər mexaniki ötürücülər qutusu ilə təchiz olunub. Bu avtomobillərdə ötürücüləri keçirmək üçün sürücü muftanı basaraq mühərriki ayırmalı və ötürücülər qutusunun qolunu əl ilə keçirməlidir.

7-yerli avtomobillərdə üçüncü sıra oturacaqların ayrıca tənzimlənə bilməsi onlardan birinin yük, digərinin isə sərnişin üçün istifadə edilməsinə imkan verir.

Sürücü və sərnişinın təhlükəsizlik yastıqlarına baxın. Yandan zərbə təhlükəsizlik yastıqları hər iki qabaq oturacaqda yerləşir və yandan zərbə hallarında sərnişinləri qorumaq üçün açılır. Pərdəiçi təhlükəsizlik yastıqları pəncərələrin yuxarısında yerləşir və arxa sərnişinləri yan zərbələrdən qorumaq üçün nəzərdə tutulmuşdur. Cruze avtomobilinin toqquşma testi videosuna baxın.

6-pilləli Avtomatik Transmissiya. Ötürücüləri əl ilə keçirməyə ehtiyac yoxdur. Bu avtomobildə mufta yoxdur. Sadəcə avtomobili D (Drive) pilləsində sürün.

6-pilləli Mexaniki Transmissiya. Avropada satılan əksər avtomobillər mexaniki ötürücülər qutusu ilə təchiz olunub. Bu avtomobillərdə ötürücüləri keçirmək üçün sürücü üçün muftanı basaraq mühərriki ayırmalı və ötürücülər qutusunun linqini əl ilə keçirməlidir.

Arxa oturacaqların fərdi tənzimlənə bilməsi onlardan biri yaxud ikisinin qatlanaraq, eyni zamanda həm iri yüklərin, həm də sərnişinlərin daşınmasına imkan verir.


ABS (Bloklanma Əleyhinə Əyləc Sistemi) aktiv təhlükəsizlik funksiyasıdır. Ayağınızı əyləc pedalına qoyduqda, ABS əyləclərin təkərlərin üzərində tam bloklanmasına imkan vermir. Əksinə, əyləc ardıcıl şəkildə sürətli sıxılıb-açılma hərəkətləri ilə baş verir. Faydası odur ki, sürüşmə riski xeyli azaldılır və sükan idarəetməsi yaxşılaşır.

Aşma təhlükələrini aşkarlayır və yana sürətlənmə və təkər sürəti sensorları vasitəsilə aşma maililiyini azaldır. Lazım olduqda, ARP müvafiq təkəri dayandıraraq sürəti və aşma anını azaldır. Aktiv təhlükəsizlik funksiyasıdır.

MP3 pleyer kimi elektron əyləncə cihazlarını birbaşa avtomobilin audio sistemi ilə qoşmağa imkan verir.

Qabaq hissədə quraşdırılmış akkumulyatora baxın. Arxada quraşdırılmış akkumulyatorlara az rast gəlinir və onlar adətən yük bölməsinə yerləşdirilir.

Adi akkumulyatorlar mühərriki və alışdırmanı işə salmaq üçün enerji təmin edir. Bundan əlavə, akkumulyator (az müddətə) avtomobilin elektrik ehtiyacları üçün generatorun yaratdığından əlavə cərəyan tələb olunduqda, cərəyan təmin edir. Akkumulyatorlar adətən avtomobilin qabaq hissəsində quraşdırılır (kapotun altında).

İdman avtomobilləri üçün hazırlanmış Aktiv İdarəetmə Sistemi avtomobilin Bloklanma Əleyhinə Əyləc sistemi ilə birlikdə işləyən sensorlardan istifadə edən müasir sabitliyə nəzarət sistemidir.

Avtomobilə minib-düşərkən qapı altlıqlarını zədələməmək üçün nəzərdə tutulmuş paslanmaz poladdan ayaqyeri qoruyucusu.

Avtomobilin daşıdığı yükə uyğun olaraq amortizasiyanı avtomatik tənzimləyən sistem.

Avtomobilin sürətini (km/s yaxud mil/s) ölçmək üçün alət panelində yerləşən alət. Analoqlu olması rəqəmli olmadığını bildirir.

Arxaya baxış güzgüsündə gördükləriniz arxaya yerləşdirilmiş kameradan gəlir və proyeksiya olunur (əks olunmaq əvəzinə). Avtomatik qaraltma texnologiyası fara işıqlarını aşkarlayır və güzgünü müvafiq qaydada qaraldır.

Yük bölməsini genişləndirmək üçün arxa oturacaqlar önə qatlana bilər.

Arxa sərnişinlər üçün sərnişinin başının üstündən tavanın içərisinə qədər olan məsafədir (millimetr ilə).

Avtomobili arxaya sürərkən ultrasəs sensorları ilə 2.5 metr məsafədəki sabit obyektləri təyin edən, arxa bamperə yerləşdirilmiş sistemdir. Obyektlərin yaxınlığı səs siqnalı ilə bildirilir. Park edərkən arzuolunmaz qəzaların qarşısını alır.

Arxa şüşəyə quraşdırılmış elektron şüşə silgəcləri aktivləşdirərək arxanı aydın görmək mümkündür.

Bu avtomobildə qabaq təkərlərin çəkməsi əvəzinə arxa təkərlər avtomobili hərəkət etdirir. Hal-hazırda əksər avtomobillər qabaq ötürücülüdür.

Əksər idman avtomobilləri qabaq və arxa spoylerlə təchiz olunmuşdur. Bu spoylerlər avtomobilin ətrafında hava axınını tənzimləyərək aerodinamik performansı artırır. Spoylerin ölçüsü və rəngi seçdiyiniz komplektasiyadan asılıdır.

Qar, palçıq, sürüşkən və buzlu səthlərdə dartmağa imkan verən arxa təkərin yerində fırlanma əleyhinə sistemi. Əgər arxa təkərlərdən biri darta bilirsə (digəri bilmirsə), avtomobili hərəkətə gətirmək üçün güc dartma imkanı olan təkərə göndərilir.

Avtomobilin qabaq və arxa hissəsində yerləşən hava kanalları havanın verilməsi və çıxarılması üçün isidilmə, ventilyasiya və kondisioner opsiyalarında istifadə olunur.

Paneldə işıq və səs siqnalından ibarət olan bu audiovizual xatırlatma sistemi sürücüyə yaxud sərnişinlərə kəmər taxmağı xatırladır.

İnteqrasiya edilmiş audio sistem düymələri ilə təchiz olunmuş və dəri ilə örtülmüş sükan çarxı.

Avtomobilin idarə edilməsini rahatlaşdırır və daha da təhlükəsiz edir. Sürücü artıq kanalları dəyişmək, səsi tənzimləmək, audio rejimləri dəyişmək üçün əyilməyəcək. Sürücü, eləcə də, seçdiyiniz model və komplektasiyadan asılı olaraq, Bluetooth ilə telefona cavab verə biləcəkdir.

Avropa İttifaqı ölkələrində satılan yeni avtomobillərin buraxdığı qazların məqbul həddini təyin edən Avropa emissiya standartıdır

Arxadakı avtomobilin faralarının işığını aşkarlayır. Qabaqcıl elektroxrom sensor texnologiyası arxanı optimal görmək üçün güzgünü qaraldır.

Arxaya baxış güzgüsündə gördükləriniz arxaya yerləşdirilmiş kameradan gəlir və proyeksiya olunur (əks olunmaq əvəzinə). Avtomatik qaraltma texnologiyası fara işıqlarını aşkarlayır və güzgünü müvafiq qaydada qaraldır.

Kiloqramla ölçülür, avtomobilin boş vəziyyətdə ümumi çəkisidir.

Yol avtomobili yaxud treylerin yüklənmiş vəziyyətdə icazə verilən maksimum çəkisi - məs, avtomobilin öz çəkisi, üstəgəl yanacaq, sərnişinlər və yük.

Hər kilometr boyu neçə milliqram azot oksidinin emissiyasını bildirir. Azot oksidi zərərli qazdır və katalizatorda təmizlənir.

Fizika və mexanikada ağırlığın avtomobilin qabaq və arxa hissələri arasında paylanmasını təsvir edən termindir. Ağırlığın paylanması ilə eyni mənanı daşıyır.


Aktiv təhlükəsizlik funksiyası olan BAS sürücünün əyləc hərəkətlərini əks etdirir və təhlükəli vəziyyətlərdə sürücülərin belə vəziyyətlərdə tətbiq edə biləcəyi əyləc qüvvəsindən daha güclü bir qüvvə tətbiq edir.

Hidravlik təzyiq ilə sürücünün əyləc pedalına tətbiq etdiyi gücü artırır. Fövqəladə hallarda tətbiq olunan aktiv təhlükəsizlik funksiyası.

Seçdiyiniz model və komplektasiyadan asılı olaraq, içərisi işıqlandırılan və kilidlənən əlcək qutusu.

Baş dayağı yaxud baş məhdudlaşdırıcıları sərnişinin başının arxa hissəsi səviyyəsində oturacağın yuxarısına bərkidilmişdir. Başlıca funksiyası qəza zamanı onurğa yaxud boyun zədələnməsinin qarşısını almaqdır.

ABŞ-da qazolin yaxud qaz kimi adlandırılan benzin bir yanacaq növüdür və dizel kimi daxili yanacaqlı mühərriklərdə istifadə olunur. Benzin mühərrikləri dizel mühərriklərindən bir az fərqli işləyir, buna görə də benzin mühərrikli avtomobillərə dizel, dizel mühərrikli avtomobillərə isə benzin doldurmamalısınız. Benzin xam neftdən emal olunur.

Toqquşma zamanı avtomobilin əsas hissəsini zədədən qoruyur. Buferlər adətən avtomobilin kuzovu rəngində olur.


Avtomobildən havaya buraxılan qazların tərkibindəki CO2 miqdarını göstərir, adətən q/100km şəklində hesablanır

Alət panelindəki işıqların parlaqlığını tənzimləyən cihaz.

İnteryer dizaynının əsas elementi sayılan bu mavi işıqlandırma alət panelindəki düymələrin görünüşünü yaxşılaşdırır.

Adapter kimi cihazları qoşmaq üçün mərkəzi paneldə yerləşən elektrik girişi.


Avtomobilin bir oturacağının üfüqi ölçüsüdür (millimetr ilə). Adətən qabaq sıra ilə arxa sıradakı çiyin hissəsi fərqli olur.


Aktiv təhlükəsizlik funksiyası olan enişə nəzarət bəzi 4x4 avtomobillərdə mövcud olan və sürücü tərəfindən aktivləşdirilən bir funksiyadır. Enişə nəzarət funksiyası (adından göründüyü kimi) enişlərdə avtomobili sabit idarə edə bilmək üçün istifadə edilir.

(DPF) Dizel çıxış sistemindən xırda bərk hissəcikləri təmizləyir. Bu filtr həmin hissəciklərin çıxış borusunda yayılmasına imkan vermir. Yığılmış hissəciklər vaxtaşırı filtrdən təmizlənməlidir.

Almaq istədiyiniz modeldən asılı olaraq, avtomobilin eksteryeri üçün müxtəlif rəngli müxtəlif dekorativ zolaqlar mövcuddur.

Avtomobilin təkərləri xüsusən döngələrdə olmaqla, müxtəlif sürətlə fırlanır. Bu mexanizmi hərəkətə gətirən diferensialdır. Soyuducu sistem diferensialı qoruyur.

Təkərin diametri (düym ilə) - şinin təkərə oturan içəri kənarından ölçülür (1 düym = təqr. 2.5sm). Şin kodları haqqında məlumat üçün şin ölçüsünə baxın.

Dumanlı yaxud görmə məhdudiyyəti olan havalarda avtomobilin qabağına güclü işıq salmaq üçün nəzərdə tutulmuşdur.

LPG (durulaşdırılmış neft qazı) də benzin kimi xam neftdən əldə olunur və aşağı temperaturda qaynayan hidrokarbonların qarışığıdır. Otaq temperaturunda LPG mayeyə çevrilir. LPG benzin və dizeldən xeyli ucuzdur, onun üçün yanacaq xərclərinə qənaət etməyə imkan verir. LPG-nin istifadəsi təhlükəsiz və asandır.

İnteqrasiya etmiş dönmə siqnalları olan yan güzgülər.

Sükanı tam fırladaraq tam dönüş edərkən kənar qabaq təkərin yaratdığı dairənin diametridir.

3-cü sıra oturacaqlar önə tam qatlanaraq yük bölməsinin tamamən boş olmasına imkan verir.

Dəri ilə örtülmüş sürət qutusu düyməsi.

Dəri ilə örtülmüş sükan çarxı xüsusən uzun səyahətlərdə sükanı rahat tutmağa imkan verir.


Aktiv təhlükəsizlik funksiyası olan ESC kompüter texnologiyası sürüşməni aşkarlayaraq və azaldaraq avtomobilin sabitliyini artırır. Sistem sükan idarəetməsinin itirildiyini aşkarladıqda avtomatik əyləcləri işə salır və avtomobili düz istiqamətdə sürməyə kömək edir. Əyləc əməliyyatı hər təkərə fərdi şəkildə - həddən çox dönmənin qarşısını almaq üçün qabaq kənar təkərə yaxud həddən az dönmənin qarşısını almaq üçün arxa içəri təkərə tətbiq olunur. Qısaca desək, idarəetmənin itirilməsini azaldır.

Bəzən ESC funksiyasını söndürmək lazım gəldiyinə görə (məs, qarlı havada sürərkən), bəzi avtomobillərin paneli yandırma/söndürmə düyməsi ilə təchiz edilib.

Təkərin boşalması halında istifadə etmək üçün avtomobildə saxlanan əlavə şin və təkər dəsti - adətən yük bölməsində döşəmənin altında saxlanılır.

Sərnişin bölməsində əvvəlcədən təyin edilən temperaturu müəyyənləşdirən və saxlayan kondisioner sistemi.

Sükanın hidravlik gücləniricisi kimidir, lakin burada hidravlik təzyiqdən asılı olmaq əvəzinə, elektrik mühərriki, fırlanma sensoru, elektron idarəetmə cihazı və diaqnoz mexanizmi sükan idarəetməsini yaxşılaşdırır, ağırlıq az olur və az yer tutur. Sükan idarə gücləndiricisinin sürətdən asılı olaraq dəyişən əmsalı rahat park etmə və yüksək sürətlə hərəkət edərkən yolu daha yaxşı hiss etmə imkanını yaradır.

Sürücü arxanı yaxşı görmək üçün yan güzgülərin bucağını məsafədən tənzimləyə bilər. Hava soyuq yaxud yağışlı olduqda elektrik qızdırıcısı olan güzgülər tez təmizlənir. Elektroxrom qaraltma funksiyası ilə arxadakı avtomobillərin faralarının göz qamaşdırması azaldılır. Avtomobil park edildikdə güzgülərin zədələnməməsi üçün onlar əl ilə geri qatlana bilər.

Sürücü arxanı yaxşı görmək üçün yan güzgülərin bucağını məsafədən tənzimləyə bilər. Hava soyuq yaxud yağışlı olduqda elektrik qızdırıcı ilə güzgülər tez təmizlənir. Elektroxrom qaraltma funksiyası ilə arxadakı avtomobillərin faralarının göz qamaşdırması azaldılır.

Sürücü arxanı yaxşı görmək üçün yan güzgülərin bucağını məsafədən tənzimləyə bilər. Hava soyuq yaxud yağışlı olduqda elektrik qızdırıcı ilə güzgülər tez təmizlənir. Elektroxrom qaraltma funksiyası ilə arxadakı avtomobillərin faralarının göz qamaşdırması azaldılır. Avtomobil park edildikdə güzgülərin zədələnməməsi üçün onlar məsafədən qatlana bilər.

Sürücü arxanı yaxşı görmək üçün yan güzgülərin bucağını məsafədən tənzimləyə bilər. Hava soyuq yaxud yağışlı olduqda elektrik qızdırıci ilə güzgülər tez təmizlənir.

Sürücü arxanı yaxşı görmək üçün yan güzgülərin bucağını elektrikli tənzimləyici ilə tənzimləyə bilər və avtomobil park edildikdə güzgülərin zədələnməməsi üçün onlar geri qatlana bilər.

Bu, əl əyləcinin alternatividir. Ənənəvi əl əyləcində olduğu kimi, adətən park etdikdə elektrik park əyləci avtomobili yerində saxlamaq üçün istifadə olunan ikinci dərəcəli əyləcdir.

Sürücü və qabaq sərnişin arxa pəncərələri elektrikli tənzimləyici ilə qaldıra və endirə bilər.

Sürücü və qabaq sərnişin qabaq pəncərələri elektrikli tənzimləyici ilə qaldıra və endirə bilər.

Düyməni yalnız bir dəfə basdıqda pəncərə tam açılır yaxud bağlanır.

Elektron düymə ilə sürüşərək açılıb-bağlanan yaxud yuxarı qalxan lyuk.

Avtomobilin bir yanından digər yanına olan məsafədir, yan güzgülər daxil edilə yaxud edilməyə bilər.

Satış nöqtəsində effektiv enerji sərfiyyatını göstərən standart etiketlər enerji sərf edən bütün mallar üçün tələb olunur (məsələn, soyuducu, televizor və s.). Bu siyahıya avtomobillər də daxildir. Reytinq kateqoriyaları A ilə G arasında dəyişir. A ən effektiv enerji sərfiyyatını, G isə ən az effektiv enerji sərfiyyatını bildirir. Müxtəlif modellərin arasından seçim edərkən etiketlər müştəriyə başqa faydalı məlumatlar da verir.

Avtomobili idarə edərkən artıq eynəyinizi axtarmayacaqsınız: (günəş) eynəyinizi saxlamaq üçün avtomobilinizdə xüsusi yer nəzərdə tutulmuşdur.


Bu adi kombinasiyada disk əyləcləri qabaq iki təkərdə olur. Disk əyləcinin iki əsas komponenti var: çarxla birlikdə fırlanan yastı rotor disk və sabit dayanan qısqac. Əyləcı sıxdıqda qısqac istiyə davamlı (sürtünmə çox olduğuna görə bu, vacibdir) əyləc pəncələrini fırlanan diskin yanlarına sıxır və çarxı yavaşladır/dayandırır. Bu əyləclər rotoru və qısqacı soyutmaq üçün ventilyasiya olunur. Baraban əyləclər arxa çarxlarda olur. Adından göründüyü kimi, baraban formalı metal silindr çarxın içərisinə bərkidilmişdir və çarxla birlikdə fırlanır. Əyləcı sıxdıqda, sürtünmə qəlibləri ilə təchiz edilmiş əyri əyləc kolodkaları barabanın içərisinə sıxılaraq avtomobili dayandırır.


Faraların hələ də yanılı olduğunu bildirən səsli xəbərdarlıq siqnalı. Açarı alışdırmadan çıxardıqda işə düşür.

Havanın işıqlı yaxud qaranlıq olduğunu hiss edərək faraları avtomatik yandırıb-söndürən sistem.

Avtomobilin yük bölməsinə ağır yük yerləşdirildikdə onun qabaq hissəsi yuxarı qalxır və faralar işığı yuxarı vurur, buna bənzər hallarda işığı tənzimləmək üçün bu cihazdan istifadə edilir. Mexaniki tənzimlənir.

Avtomobili park edib çıxdıqdan sonra təqribən 3 dəqiqə faralar yanılı vəziyyətdə qalır.


Avtomobili idarə edərkən sürücünün arxaya dönmədən arxadakı sərnişinlərin hamısını görməsinə imkan verən və arxa görünüş güzgüsünün üstündə yerləşən genişbucaqlı xüsusi güzgü.

Məsaməli dəri (yaxşı oturması və havalanması üçün), gücləndiricili yan döşəkcə və bel dəstəyi tənzimləyicilərindən ibarət idmansayağı oturacaqlar.

Avtomobilin qabaq hissəsində yerləşən və az enerji sərf edən bu işıqlar sürət qutusu qolunu D pilləsinə keçirdikdə avtomatik yanır. Bu işıqlar dumanlı, yağışlı, toran havalarda və günəş şüalarının görməni çətinləşdirdiyi şərtlərdə avtomobili rahatlıqla görməyə imkan verir.

Alın şüşəsinin yuxarısında yerləşən qatlanan aksesuardır, aşağı çəkildikdə sürücü yaxud qabaq oturacaqdakı sərnişinin gözünə günəş şüasının düşməsinin qarşısı alınır; sərnişin üçün qoruyucu işıqlandırılan kiçik güzgü ilə birlikdə gəlir.


HSA yarım-avtomat, muftasız transmissiyalarda istifadə olunan yoxuş/eniş yerlərdə hərəkətə gətirmə mexanizminin bir variantıdır. Bu sistem mailli yerlərdə avtomobili hərəkətə gətirməyə çalışarkən avtomobilin yellənməsinə mane olur. Sistem mexaniki transmissiyalı avtomobillərin sürücülərinə tanış olan "əl əyləcinin köməyilə yoxuş/enişdə hərəkətə gətirmə" mexanizmi ilə eyni qaydada işləyir. 3% yaxud daha çox mailli yol aşkarlandıqda sistem avtomatik işə düşür; əyləci buraxdıqdan sonra dərhal sistem işə düşərək avtomobili iki saniyə dayandırır və sürücüyə drosseli tətbiq etməyə imkan verir.

Hava keyfiyyəti sensoru avtomobildə havanın təmizliyini tənzimləyir.

Sürücülərin alətlərə baxaraq diqqətinin yayınmaması üçün alın şüşəsinə yerləşdirilmiş, vacib məlumatları göstərən haloqrafik ekran.

Avtomobilin üstündən altına qədər olan məsafədir, tavan relsləri daxil edilə yaxud edilməyə bilər.


Avtomobilin içərisini çirkdən qorumaq üçün xalça materialından hazırlanmış çıxarılan ayaqaltlığı. Asan təmizlənir.


Avtomobilin arxa kənar oturacaqları üçün standart maşınqayırma sənayesi uşaq təhlükəsizlik oturacağı təchizatı. Maksimum təhlükəsizlik üçün uşaq oturacağının avtomobilə düzgün bərkidilməsinə imkan verir.

Birinin (adətən belə olur) əvəzinə iki qaz çıxışı borusu. İşləmədən asılı olaraq onlar xrom yaxud parlaq paslanmaz poladdan olur.

Bu, ikinci və üçüncü sıra oturacaqlar (Orlando və Captiva kimi 7-yerli avtomobillərdə) qatlanmış və yığılmış vəziyyətdə yük bölməsinin pəncərə səviyyəsinə yaxud bağlama rəfinə qədər olan hissəsinin litr ilə ölçüsüdür.

Adi əlcək qutusunun üstündə kiçik əşyaları saxlamaq üçün kifayət qədər yer ehtiva edən kiçik bölmə. Bu bölmənin üzərində avtomobilin audio sisteminə MP3 pleyer qoşmaq üçün port olur.

Havanın temperaturu və avtomobilin qət etdiyi məsafə kimi məlumatları sürücüyə çatdıran məlumat ekranı. Həmçinin qapılar yaxud yük bölməsinin qapısı açıq olduqda, yanacaq az olduqda bu ekranda xəbərdarlıq işıqları yanır. Model və komplektasiyaya görə dəyişir.

Arxa şüşəyə quraşdırılmış müxtəlif sürətli elektron şüşəsilənləri aktivləşdirərək arxanı aydın görmək mümkündür.

İri əşyaları saxlamaq üçün sürücü və qabaq sərnişin oturacaqlarının arasında, qoltuqaltlığının altında saxlama bölməsi. Stəkanaltlıqları daxildir.

Ön çıxıntı sol qabaq təkərin mərkəzi ilə sağ qabaq təkərin mərkəzi arasındakı məsafədir. Arxa çıxıntı sol arxa təkərin mərkəzi ilə sağ arxa təkərin mərkəzi arasındakı məsafədir. Onlar həmişə eyni olmur.

Bu sistem aktivləşdirildikdə gündüz vaxtı faraları avtomatik söndürür, gecə yaxud qaranlıq havada isə yandırır.


Avtomobili məsafədən işə salan cihaz - həmçinin məsafədən iqlimə nəzarət sistemini aktivləşdirmək də mümkündür, bu funksiya hesabına avtomobilə mindikdə salon artıq isidilmiş yaxud soyudulmuş olacaqdır. Bu sistem Volt modelində mövcuddur.

Avtomobili məsafədən işə salan cihaz - həmçinin məsafədən iqlimə nəzarət sistemini aktivləşdirmək də mümkündür, bu funksiya hesabına avtomobilə mindikdə salon artıq isidilmiş yaxud soyudulmuş olacaqdır. Bu sistem Volt modelində mövcuddur.

Avtomobilin bir düymə ilə kilidlənməsi və kiliddən açılmasına imkan verir. Bu sistemdə siqnalı aktivləşdirən həyəcan düyməsi, oğurluğa qarşı siqnalizasiya, aktivləşdirmənin təsdiqlənməsi və işıqlandırılmış daxilolma kimi funksiyalar mövcuddur. Bu sistem Volt modelində mövcuddur.

Kiçik əşyalar üçün qabaq sərnişin oturacağının altında saxlama yeri.

Kiçik əşyaları saxlamaq üçün arxadakı iki kənar oturacağın arasında saxlama yeri və qoltuqaltlığı.

Klapanlar adətən təzyiq fərqi ilə açılıb-bağlanmaqla yanacaq axınını tənzimləyir, istiqamətləndirir və ya həmin axına nəzarət edir. Avtomobilin növündən asılı olaraq, mühərrik hər silindr üçün 2 yaxud 4 klapanla təchiz edilə bilər.

Avtomobilin yönəldiyi istiqaməti göstərən rəqəmli alət.

Temperatur, rütubət, təmizlik və hərəkəti, eləcə də əgər AQS daxildirsə, havanın təmizliyini tənzimləyir. Temperatur mexaniki tənzimlənir.

Üstünlük verilən temperaturu təyin etməyə imkan verir (seçdiyiniz modeldən asılı olaraq sürücü və sərnişin üçün müstəqil). Müəyyən temperatur qurulduqdan sonra davamlı tənzimləməyə ehtiyac qalmır və kabinada həmin temperatur təmin edilir.

Avtomobilin sürətinə avtomatik nəzarət edən və tənzimləyən sistem.

Avtomobilin sürətinə avtomatik nəzarət edən, tənzimləyən və sürəti məhdudlaşdıran sistem.

Arxa ultrasəs park köməkçisinə baxın. Sensorlar avtomobilin rəngində boyanmış bamper yerləşdirilmişdir.

Avtomobilinizin komplektasiyasından asılı olaraq yan güzgülər (yan göstəricilər daxil olmaqla) qara yaxud kuzovun rəngində ola bilər.

Siqaret külü yaxud kiçik tullantılar üçün nəzərdə tutulmuşdur; seçdiyiniz model və komplektasiyadan asılı olaraq qabaq külqabı alışqanla birlikdə gələ bilər; külqabıları avtomobilin qabaq və arxasında yerləşir.

Avtomobil salonundan kənarda hava temperaturunu göstərən alət.


Seçdiyiniz model və komplektasiyadan asılı olaraq, sürücü və qabaq sərnişin oturacaqları qızdırıla bilər və qızdırılma funksiyası fərdi tənzimlənə bilər.

Qabaq sərnişinlər üçün sərnişinin başının üstündən tavanın içərisinə qədər olan məsafədir (millimetr ilə).

Sürücü və qabaq sərnişin fərdi şəkildə oturacağın vəziyyətini mexaniki tənzimləyici ilə 4 müxtəlif vəziyyətə gətirə bilər: oturacağı irəli/geri çəkə, oturacağın arxasını endirib-qaldıra bilər.

Arxa ötürücülü avtomobillərdən fərqli olaraq bu avtomobillərdə arxa təkərlər deyil, qabaq təkərlər avtomobili hərəkətə gətirir. Bu konfiqurasiyada mühərrik qabaq təkərlərin üstündə yerləşir, bu isə qarlı havada dartmanın daha effektiv olmasına imkan verir.

Qabaq sərnişinlər üçün mövcud ayaq bölməsinin ölçüsüdür (millimetr ilə).

Arxa sərnişinlər üçün mövcud ayaq bölməsinin ölçüsüdür (millimetr ilə).

Faralar və arxa işıqların formasına uyğun dekorativ xrom halqa.

Passiv təhlükəsizlik funksiyası olub, yandan zərbə hallarında sərnişinləri qorumaq üçün qabaq və arxa qapılara yerləşdirilmiş fırlanan işıqlardır.

Donun (buzun) açılmasına imkan verən küləyə qarşı şüşə (alın şüşəsi) - qızdırıcı ilə.

Seçdiyiniz model və komplektasiyadan asılı olaraq qapı tutacaqları qara, avtomobilin rəngində, xrom yaxud alüminium rəngində ola bilər.

Qapılardan birinin açıq olduğunu sürücüyə bildirir. Səs siqnalı yaxud xəbərdarlıq işığı şəklində ola bilər.

Avtomobil hərəkət edərkən və dayanarkən uşaqların / arxa oturacaqdakı sərnişinlərin arxa qapıları açmasına imkan vermir. Kilid adətən qapının kənarında yerləşən kiçik düymə ilə bağlanır, bu düymə yalnız qapı açıq olduqda görünür.

Açarı sürücü yaxud qabaq sərnişin qapısına salıb fırlatmaqla bütün qapılar kilidlənə yaxud kiliddən açıla bilər.

Yalnız açarla açılan yük bölməsinin qapısından başqa bütün qapıları məsafədən aça bilən mərkəzi kilid cihazı.

Avtomobildən müəyyən məsafədən idarə edilən və yük bölməsinin qapısını ayrıca aça bilən mərkəzi kilid cihazı.

Modeldən asılı olaraq, avtomobiliniz üçün treyler qoşqusu sifariş verə bilərsiniz.


Avtomobildən havaya buraxılan qazların tərkibindəki CO2 miqdarını göstərir, adətən q/100km şəklində hesablanır.


Avtomobilin yedəyə alınması üçün nəzərdə tutulmuş ən ağır treyler (öz əyləc gücü ilə). Dartma gücü adətən avtomobilin ağırlığı, üstəgəl 70 kq sürücü çəkisinə əsaslanır. Əlavə sərnişinlərin ağırlığı və/yaxud yük maksimum treyler çəkisindən çıxılmalıdır.

Əyləcsiz dartma gücü öz əyləc sistemi olmayan treyleri dartan avtomobilin dartma gücüdür.

Avtomobilin maksimum sürəti (km/saat)

Müəyyən avtomobillərdə daşıya biləcəyiniz maksimum yük çəkisi.

Avtomobilin həm piqment, həm də kiçik metal qat ehtiva edən boyası - işığı əks etdirərək fərqli görünüş verir. Bu rəng heç bir parlaqlığı olmayan mat rəngin alternativ variantıdır.

Mühərrik soyuducusunun temperaturunu göstərən alət. Soyuducu çox isindikdə yaxud azaldıqda xəbərdarlıq işığı yanır. Antifriz ilə suyu qarışdırıb əlavə edin. Bu qarışıq hazır da satılır.

Mühərrik yağını soyutma sistemi - birləşdirici qol, dirsəkli val, yastıqlar (podşipnik), porşenlər kimi avtomobilin daxili yanma mühərrikinin digər hissələrini soyutmaq üçün istifadə olunur.

Avtomobilin mühərrik həcminin ölçü vahididir. Bu, porşen başlıqlarının silindrlərdə hərəkət etdiyi boşluğun həcmidir, kub santimetr ilə ölçülür. Avtomobillər adətən 1600sm3 (1.6 litr), 1800 sm3 (1,8 litr) və s. həcmində olur.

Mühərrik yağlama sistemidir, burada yağ adi rezervuarda deyil, ayrıca yağ çənində yerləşir. Bu, mühərrikin şassinin aşağı hissəsində quraşdırılmasına imkan verir. İdman avtomobillərinin bir başqa üstünlüyü də avtomobil sürətlənərkən, əyləcə basarkən yaxud dönərkən onların yağ çatışmazlığına imkan verməməsindədir.

Alın şüşəsinin şüşə silgəcləri yağışı və çirki təmizləyir. Seçdiyiniz modeldən asılı olaraq, sürəti tənzimləmək və müxtəlif sürət pillələri seçmək mümkündür - bir neçə fasiləsiz sürət, ən azı bir yaxud daha çox fasiləli sürət seçimi mövcud ola bilər.

İri əşyaları saxlamaq üçün sürücü və qabaq sərnişin oturacaqlarının arasında, qoltuqaltlığının altında saxlama bölməsi.


Avtomobillərdə istifadə üçün hazırlanmış peyk naviqasiya sistemi. GPS ilə cihaz avtomobilin yerini təyin edir və sizin istəyinizə və yol şərtlərinə əsasən başqa yerlərə getmək üçün ən yaxşı marşrutu göstərə bilər.

At gücü avtomobilin ilk yaradıldığı vaxtlarda avtomobilin gücünün atların gücü ilə müqayisə edilməsindən yaranan bir termindir. Hələ də istifadə edilən bu ölçü vahidi ilə avtomobilin gücünü ölçmək mühərrikin həcminə görə gücü ölçməklə müqayisədə daha dəqiqdir.


Ksenon HID işıqlandırma sistemləri ksenon qazı ilə doldurulmuş xüsusi kvars lampalardan istifadə edir. Onlar adi halogen lampalardan 3 dəfə artıq işıq verir. Ağ rənginə çalan rəngi ilə bu işıqlar görməni də yaxşılaşdırır.

İçki şüşələri, xəritə və sorğu kataloqları kimi əşyalar üçün sürücü və qabaq sərnişin qapılarında saxlama bölməsi.


Ksenon HID işıqlandırma sistemləri ksenon qazı ilə doldurulmuş xüsusi kvars lampalardan istifadə edir. Onlar adi halogen lampalardan 3 dəfə artıq işıq verir. Ağ rənginə çalan rəngi ilə bu işıqlar görməni də yaxşılaşdırır.

İçki şüşələri, xəritə və sorğu kataloqları kimi əşyalar üçün sürücü və qabaq sərnişin qapılarında saxlama bölməsi.


PRS, passiv təhlükəsizliyin funksiyası olaraq, əksər Chevrolet modellərində standart sistemdir. Avtomobil qabaq tərəfdən ağır toqquşmaya məruz qaldıqda, əgər mufta, əyləc və qaz pedalları tərpənməz qaldığı halda sürücü ağır xəsarət ala bilər. PRS sistemi pedalları öz sabit mövqeyindən çıxardaraq onları sərbəstləşdiri.

Silindrin diametri yaxud eni.

Porşenin silindrdə aşağı ölü nöqtədən (AÖN) yuxarı ölü nöqtəyə (YÖN) hərəkəti zamanı qət etdiyi məsafədir.

Qabaq duman işıqları geniş, sütunşəkilli işıq verir və adətən aşağı səviyyədə quraşdırılır. Onlar yağış, duman, toz yaxud qarlı havalarda görmə pisləşdikdə aşağı sürətlə hərəkət edərək yolun səthini və kənarlarını işıqlandırmaq üçün nəzərdə tutulmuşdur. Arxa duman işıqları qırmızı rəngdədir və arxadakı sürücülərin avtomobili görə bilməsi üçün nəzərdə tutulmuşdur.

Gecə görməni artıran və avtomobilin görünüşünü yaxşılaşdıran xüsusi faralar.

İşəsalma/dayandırma sistemi avtomobil dayandıqda, neytral pillədə və mufta buraxılmış vəziyyətdə mühərriki söndürərək yanacağa qənaəti və emissiyanı yaxşılaşdırır. Mufta yenidən basılan kimi mühərrik işə düşür. Bu funksiya bir düymə ilə söndürülə bilər.

Günəş şüasını keçirməyən, havanın əlavə izolyasiyasını təmin edən, məxfi mühit yaradan ya da sadəcə bəzək məqsədini daşıyan şüşə örtükləri.


Radiatoru örtür, lakin mühərriki soyutmaq üçün hava keçirir (Voltun şəbəkəsi bağlı olur). Seçdiyiniz model və komplektasiyadan asılı olaraq şəbəkə kuzov rəngində, qara yaxud xrom ola bilər.

Audio sistemin arxasındakı bu gizli yer kiçik əşyalar üçündür. Seçdiyiniz model və komplektasiyadan asılı olaraq, USB/köməkçi giriş portu ola bilər.

Velosiped və dağ xizək ləvazimatı üçün xüsusi iki paralel dam dayağı bərkidilib. Avtomobilin komplektasiyasından asılı olaraq dayaqlar qara yaxud gümüşü rəngdə ola bilər.

Seçdiyiniz modeldən asılı olaraq, avtomobilin qabaq və/yaxud arxa hissəsində yerləşən 12V elektrik rozetkaları. Modelə aid təlimatlar üçün E&P / avtomobilin əl kitabçasını oxuyun.


SOHC mühərrikləri isə həm yanacaq girişini, həm də qaz çıxışını tənzimləyən yalnız bir paylaşdırıcı val ilə təchiz olunmuşdur.

Sürücü arxanı yaxşı görmək üçün yan güzgülərin bucağını mexaniki tənzimləyə bilər və avtomobil park edildikdə güzgülərin zədələnməməsi üçün onlar geri qatlana bilər.

Qapıların kilidi açıldıqda və qapılar açıldıqda yanan qabaq və arxa salon işıqları. Həmçinin, modeldən asılı olaraq, yük bölməsində də olur. Avtomobilin alışdırma sistemi işə düşdükdə yaxud qapılar kilidləndikdə bu işıqlar sönür.

Stəkanları saxlamaq üçündür. Adətən mərkəzi paneldə yerləşir. İşləmədən asılı olaraq, avtomobilin arxasında da ola bilər.

Fərdi rahatlığı təmin etmək üçün sürücünün sükan çarxının hündürlüyünü, sürücü ilə sükan arasındakı məsafəni və sükanın bucağını tənzimləməsinə imkan verir.

Bu qabaqcıl idarəetmə funksiyası sükan üzərində yerləşən avarşəkilli ötürücülər qutusu qolu ilə sürücüyə ötürücüləri ardıcıl keçirməyə imkan verir. Bu funksiya yarış və idman avtomobillərində mövcuddur.

Sükan idarə gücləndiricisi idarəetməni yüngülləşdirir və asanlaşdırır. Bu sükan mexanizmində sürücü az güc sərf etməklə avtomobili idarə edir. Avtomobil dayanarkən yaxud asta hərəkət edərkən xüsusən faydalıdır (məsələn, park edərkən).

Sürücü və qabaq sərnişin fərdi şəkildə oturacağın vəziyyətini elektron tənzimləyici ilə 4 müxtəlif vəziyyətə gətirə bilər: oturacağı irəli/geri çəkə, oturacağın arxasını endirib-qaldıra bilər.

Sürücü və qabaq sərnişin fərdi şəkildə oturacağın vəziyyətini mexaniki tənzimləyici ilə 6 müxtəlif vəziyyətə gətirə bilər: oturacağı irəli/geri çəkə, oturacağın arxasını endirib-qaldıra, oturacağın döşəkcəsini endirib-qaldıra bilər.

Sürücü fərdi şəkildə oturacağın vəziyyətini elektron tənzimləyici ilə 8 müxtəlif vəziyyətə gətirə bilər: oturacağı irəli/geri çəkə, oturacağın arxasını endirib-qaldıra, oturacağın döşəkcəsini irəli/geri çəkə, endirib-qaldıra bilər.

Gücləndirilici sürücü oturacağı - həm sürücü, həm də qabaq sərnişinin oturacağı 6 müxtəlif vəziyyətə gətirməsinə imkan verir. Oturacağı irəli/geri çəkmək, oturacağın döşəkcəsini yuxarı yaxud aşağı çəkmək, oturacağın arxasını irəli/geri çəkmək mümkündür.

Sürücü fərdi şəkildə oturacağın vəziyyətini mexaniki tənzimləyici ilə 8 müxtəlif vəziyyətə gətirə bilər: oturacağı irəli/geri çəkə, oturacağın arxasını endirib-qaldıra, oturacağın döşəkcəsini irəli/geri çəkə, endirib-qaldıra bilər.

Sürücünün qoluna dəstək vermək üçün oturacağa qoltuqaltı əlavə edilmişdir. Uzun səyahətlərdə rahatlığı təmin edir.

Düyməni yalnız bir dəfə basdıqda pəncərə tam açılır.

Sürücü və qabaq sərnişin oturacağının arxasına yerləşdirilmiş ciblər. Kitab və jurnal qoymaq üçün əladır.

Xəritə və sorğu kataloqları kimi əşyalar üçün sürücü və qabaq sərnişin qapılarında saxlama bölməsi.

Alın şüşəsinin yuxarısında yerləşən qatlanan aksesuardır (işıqlandırılan kiçik güzgü ilə birlikdə gəlir), aşağı çəkildikdə sürücü yaxud qabaq oturacaqdakı sərnişinin gözünə günəş şüasının düşməsinin qarşısı alınır.

Sürücü və/yaxud qabaq sərnişin mexaniki olaraq bel hissəsinin təzyiqini tənzimləyərək əlavə komfort və dəstək təmin edə bilər.


Elektroxrom qaraltma funksiyası ilə arxadakı avtomobillərin faralarının göz qamaşdırması azaldılır.

Passiv təhlükəsizlik funksiyaları olub, həm sürücünü, həm də qabaq sərnişini qorumaq üçün nəzərdə tutulmuşdur. Sürücünün təhlükəsizlik yastığı sükan çarxında yerləşir, qabaq sərnişinin təhlükəsizlik yastığı isə alət panelinin üzərində yerləşir və qabaq sərnişin ilə arasında məsafə daha uzun olduğuna görə daha böyükdür. Sensorlar güclü zərbə aşkarladıqda təhlükəsizlik yastıqları kiçik partlayıcı güc ilə açılır. Təhlükəsizlik kəmərləri ilə əlaqəli şəkildə istifadə edilmək üçün nəzərdə tutulmuşdur. Cruze avtomobilinin toqquşma testi videosuna baxın.

Sürücü və sərnişinin təhlükəsizlik yastıqlarına baxın. Yandan zərbə təhlükəsizlik yastıqları hər iki qabaq oturacaqda yerləşir və yandan zərbə hallarında sərnişinləri qorumaq üçün açılır.

Aktiv təhlükəsizlik funksiyası olub, təhlükəsizlik kəmərini dartma mexanizmləri toqquşma anında aktivləşərək, saniyədən də qısa vaxt ərzində kəmərləri dartır. Bu, kəmərin boş qalmasına mane olur və sərnişinləri sabit saxlayır.

Elektron düymə ilə sürüşərək açılıb-bağlanan yaxud yuxarı qalxan lyuk.

Mühərrikin yanma kamerasının maksimum həcminin minimum həcminə nisbətini göstərən dəyərdir. Porşenli mühərrikdə bu əmsal, porşen öz taktının aşağısında olduqda silindr həcmi ilə yanma kamerasının həcmi arasındakı nisbəti göstərir, porşen öz taktının yuxarısında olduqda isə yanma kamerasının həcmini göstərir. Taktın aşağısında silindr 1000 sm3, taktın yuxarısında isə 100 sm3 hava ehtiva edirsə, o zaman sıxılma əmsalı 10:1 olacaqdır.

Şəhərdə və şəhərkənarı yollarda 100 kilometrə neçə litr yaxud 100 milə neçə qalon sərf olunduğunu bildirən (BK, ABŞ) LPG yanacaq sərfiyyatının kombinə edilmiş ölçüsüdür - qabaqcadan müəyyən edilmiş düstur ilə hesablanıb.

Şəhər içərisində sərf olunan LPG miqdarını göstərir, 100 kilometrə neçə litr yaxud 100 milə neçə qalon sərf olunduğunu bildirir (BK, ABŞ).

Şəhərkənarı yollarda sərf olunan LPG miqdarını göstərir, 100 kilometrə neçə litr sərf olunduğunu bildirir.

Alın şüşəsinin yuxarısında yerləşən qatlanan aksesuardır, aşağı çəkildikdə sürücü yaxud qabaq oturacaqdakı sərnişinin gözünə günəş şüasının düşməsinin qarşısı alınır; sərnişin üçün qoruyucu kiçik güzgü ilə birlikdə gəlir.

Alın şüşəsinin yuxarısında yerləşən qatlanan aksesuardır (kiçik güzgü ilə birlikdə gəlir), aşağı çəkildikdə sürücü yaxud qabaq oturacaqdakı sərnişinin gözünə günəş şüasının düşməsinin qarşısı alınır.


Çəkini azaltmaq üçün şassilər yüngül metal sayılan alüminiumdan hazırlanmışdır.

Arxa şüşə tərləmə əleyhinə sistem - şüşədən təri təmizləmək üçün elektrikli qızdırıcı şəbəkədən istifadə edir.


Az yer tutan ehtiyat təkərlər adi təkərlərdən kiçik olur, çəkisi yüngül olur və yük bölməsində çox yer tutmur. Lakin bu təkərlər uzaq məsafələr üçün deyil, onların əksəriyyəti maksimum 50 mil/s (80km/s) sürət üçün nəzərdə tutulmuşdur. Ətraflı məlumat üçün avtomobilinizin fərdi əl kitabçasına baxın.

Tam ötürücü (AWD) sisteminin bir növüdür. Qabaq təkərlər sürüşərsə, arxa təkərlər də avtomatik qoşularaq avtomobili hərəkət etdirir. AWD salondakı kompüterlərlə idarə olunur.

Qabaq sərnişin oturacağı tam önə qatlanaraq yük sahəsini genişləndirir və daha uzun əşyaların daşınmasına imkan verir.

Avtomobilin sabitliyini qorumaq şərti ilə tavana yüklənə biləcək maksimum yük ağırlığı.

Dövrə sayğacı kimi də tanınan taxometr sürücüyə mühərrikin sürətini (dövrə/dəqiqə) bildirir və ən optimal dövrə ilə hərəkət etməyə (sürət pillələrini dəyişməklə) kömək edir. Seçdiyiniz modeldən asılı olaraq, taxometr panelin üzərinə yaxud yanına, yaxud da alın şüşəsinin üzərindəki ekrana yerləşdirilə bilər.

Fərdi rahatlığı təmin etmək üçün sürücünün sükan çarxının hündürlüyünü və sürücü ilə sükan arasındakı məsafəni elektron tənzimləyici ilə tənzimləməsinə imkan verir.

Fərdi rahatlığı təmin etmək üçün sürücünün sükan çarxının hündürlüyünü və sürücü ilə sükan arasındakı məsafəni tənzimləməsinə imkan verir.

Fərdi rahatlığı təmin etmək üçün sürücünün sükan çarxının hündürlüyünü, sürücü ilə sükan arasındakı məsafəni və sükanın bucağını tənzimləməsinə imkan verir.

Bəzi 3 sıra oturacağı olan avtomobillərdə 2-ci sıra oturacaqlar önə qatlanaraq sərnişinlərin 3-cü sıraya asanlıqla keçməsinə yaxud yük bölməsini genişləndirməyə imkan verir.

Avtomobilin arxa işıqlarını tünd rəngə boyayaraq onu fərdiləşdirmə üsuludur. Avropa qanunları ilə tənzimlənir.

Günəş şüalarının təsirini azaltmaq üçün xüsusi rənglənmiş şüşə.

Lifli materiallardan hazırlanmış bu filtr tozcuqlar kimi qatı hissəcikləri avtomobilin içərisindən təmizləyir.

Adətən avtomobilin sürət yığma potensialını ölçmək üçün istifadə olunan meyardır, burada avtomobilin 10 saniyəyə sürəti 0-dan 100 km/s (60 m/s) qədər qaldırılması ölçülür.

Açar alışdırma yerində olarkən avtomobilin kilidlənməsinə imkan verməyən təhlükəsizlik funksiyası.

Sistem, hansı ki, avtomatik daxil edir və sərnişinin çəkisindən və oturacaqda təzyiqin tipindən asılı olaraq sağ qabaq təhlükəsizlik yastığını söndürür. İşıq indikatoru cihaz panelində yerləşdirilmişdir.

Avtomobilin qabaq və arxa oxları arasındakı məsafə.

Hər təkərin içərisinə yerləşdirilmiş sensor - təkər hava buraxdıqda Sürücü Məlumat Mərkəzində sürücüyə məlumat verir.

Təkərin diametri (düym ilə) - şinin təkərə oturan içəri kənarından ölçülür (1 düym = təqr. 2.5sm). Şin alarkən "225/70R14" kimi kodlardan istifadə etməlisiniz. Kodun birinci hissəsi "225" şinin enini göstərir (millimetr ilə). "70" - ölçülərin nisbətidir, yan divarın hündürlüyünün nominal enə nisbətini göstərir. "R" radialı (şinin quruluş tipi) bildirir. Son rəqəm "14" çənbərin ölçüsüdür (düym ilə). Qabaq və arxa şinlər fərqli ola bilər.


Universal Ardıcıl Şin – elektrik enerjisini ötürmək və enerji ilə təmin etmək məqsədilə sürücünün rəqəmli kameralar, portativ media pleyerlər, disklər və şəbəkə adapterləri kimi kompüter cihazlarını personal kompüterlərə qoşmasına imkan verir.

Sürücünün iPod/MP3 pleyeri USB ilə qoşmasına və avtomobilin audio nəzarət düymələri ilə istifadə etməsinə imkan verir.

Qabaq bamperin uc hissəsindən arxa bamperin uc hissəsinə qədər avtomobilin ümumi uzunluğudur.


Bu, üçüncü sıra oturacaqlardakı (Orlando və Captiva kimi 7-yerli avtomobillərdə) sərnişinlər üçün mövcud ayaq bölməsinin ölçüsüdür (millimetr ilə).

Bu, üçüncü sıra oturacaqlar (Orlando və Captiva kimi 7-yerli avtomobillərdə) qatlanmış və yığılmış vəziyyətdə yük bölməsinin pəncərə səviyyəsinə yaxud bağlama rəfinə qədər olan hissəsinin litr ilə ölçüsüdür.

Bu, üçüncü sıra oturacaqlardakı (Orlando və Captiva kimi 7-yerli avtomobillərdə) sərnişinlər üçün mövcud ayaq bölməsinin ölçüsüdür (millimetr ilə).

Bu, üçüncü sıra oturacaqlar (Orlando və Captiva kimi 7-yerli avtomobillərdə) qatlanmış və yığılmış vəziyyətdə yük bölməsinin tavana qədər olan hissəsinin litr ilə ölçüsüdür.


Avtomobilin daha idmansayağı görünməsi üçün qapı altlıqlarına bərkidilən əlavə kosmetik panel.

Yan pəncərələrin altına quraşdırılmış xrom dekorativ lentlər.

Çəndə qalan yanacaq miqdarını göstərən alət. Yanacaq azaldıqda yanan xəbərdarlıq siqnalı.

Şəhərdə və şəhərkənarı yollarda 100 kilometrə neçə litr yaxud 100 milə neçə qalon sərf olunduğunu bildirən (BK, ABŞ) yanacaq sərfiyyatının kombinə edilmiş ölçüsüdür - qabaqcadan müəyyən edilmiş düstur ilə hesablanıb.

Şəhər içərisində sərf olunan yanacaq miqdarını göstərir, 100 kilometrə neçə litr yaxud 100 milə neçə qalon sərf olunduğunu bildirir (BK, ABŞ).

Litr ilə ölçülür, yanacaq çəninin maksimum həcmidir.

Litr ilə ölçülür, LPG (durulaşdırılmış neft qazı) yanacaq çəninin maksimum həcmidir.

Yanacaq çəninin qapağını salondan açın.

Avtomobiliniz yağış sensorlu alın şüşəsi şüşə silgəci ilə təchiz olunubsa, o zaman arxa şüşənin şüşə silgəcləri öz sürətlərini avtomatik müvafiq qaydada tənzimləyəcəkdir.

Şüşədə su aşkarlandıqda yandırılan və su olmadıqda söndürülən elektron avtomatik alın şüşəsi şüşə silgəci.

Yerdən avtomobilin altındakı ən aşağı hissəyə qədər olan məsafədir (təkərlər sayılmır). Yol klirensi də adlanır.

Çoxfunksiyalı ekranı olan kompüter; sürücüyə məsafə, səyahət müddəti, yanacaq sərfiyyatı, orta sürət, qət edilən məsafə, son söndürüb-yandırmadan sonra keçən vaxt kimi səyahət məlumatlarını çatdırır.

Yük bölməsini açmaq üçün gücləndiricili açma mexanizmi.

Yük bölməsini genişləndirmək üçün önə qatlanan qabaq oturacaqlar.

Seçdiyiniz modeldən asılı olaraq, yük bölməsinin həcmini artırmaq yaxud hündür əşyaların yerləşdirmək üçün döşəmə aşağı endirilə bilər.

Yük bölməsinin qapısını açmağın ən rahat yoludur - barmağınızla ehmalca sensor ekranına toxunaraq qapını aça bilərsiniz.

Kiçik əşyaları yük bölməsində hərəkətsiz saxlamaq üçündür.

Arxa yük bölməsində kiçik əşyaları saxlamaq və hərəkət etməsinə imkan verməmək üçün nəzərdə tutulmuşdur.

Modeldən asılı olaraq, avtomobilin yük bölməsində əşyaları səliqəli yerləşdirmək üçün müxtəlif saxlama bölmələri.

Modeldən asılı olaraq, avtomobilin yük bölməsinin döşəməsində əşyaları səliqəli yerləşdirmək üçün müxtəlif saxlama bölmələri.

Yük bölməsinin qapısını tam aça bilər yaxud yalnız arxa şüşəni aça bilərsiniz. Bu funksiya Captiva modelində mövcuddur və yük bölməsini doldurduqdan sonra oradan hər hansı bir əşyanı götürmək yaxud oraya qoymaq istədiyiniz zaman faydalıdır.

Sürücünün yanında yerləşən düyməni basmaqla avtomobilin içərisindən yük bölməsini aça bilərsiniz.

Seçdiyiniz komplektasiyadan asılı olaraq, yük bölməsinin tutacağı qara yaxud avtomobilin rəngində ola bilər.

Günəş şüalarından qorumaq və kölgə salmaq üçün yük bölməsinin şüşələrinə bərkidilir.

Yük bölməsinin üstündə yığılıb-açılan bu örtük əşyaların görünməsinə imkan vermir və günəş şüalarından qoruyur.

Sükan idarə gücləndiricisinin bir növüdür. Bu mexanizm aşağı sürətlə hərəkət edərkən sükanın asan idarə olunmasına, yüksək sürətlə hərəkət edərkən isə ağırlaşaraq sürücünün real yol vəziyyətini hiss etməsinə imkan verir. Həmçinin sükan idarə gücləndiricisinə baxın.

Təkərlərlə təmasda olan reykaya qoşulmuş dişli çarxdan ibarət sükan idarəetmə mexanizmi. Dişli çarx sükan kolonkası ilə fırladıldıqda reyka yan tərəflərə hərəkət edərək təkərləri döndərir. Dişli çarx ötürməsi ilə işləyən sükan adətən idarəetməni və sürücünün rahatlığını yaxşılaşdırır.

Çarxlara birləşən reykaya qoşulmuş dişli çarxdan ibarət sükan mexanizmi. Dişli çarx sükan çarxı ilə fırladıldıqda reyka yan tərəflərə hərəkət edərək çarxları döndürür. Dişli çarx ötürməsi ilə işləyən sükan adətən yüksək sürətlə hərəkət edərkən yolu daha yaxşı hiss etməyə imkan verir.

Faraların üzərinə su püskürdərək onları yuyur.

Corvette və Camaro üstüaçılan modellərində bu, avtomobilin damı bağlı halda daşına biləcək yükün həcmidir.

Corvette və Camaro üstüaçılan modellərində bu, avtomobilin damı açıq halda daşına biləcək yükün həcmidir.

Radio dalğalarını qəbul edir. Modeldən asılı olaraq antena naqilləri alın şüşəsi, arxa şüşə yaxud spoylerin (ona "hava axınının istıqamətləndiricisi" də deyilir) içərisinə yerləşdirilir.

Alışdırma açarını qatlamaqla kiçiltmək mümkündür.